
Omnivision təhlükəsizlik
OmniVision — təhlükəsizlik sahəsindəki təcrübəmiz və peşəkar komandamızla, müasir texnologiyalarla təmin olunan etibarlı və innovativ həllər təqdim edirik. Məqsədimiz evlərinizi və bizneslərinizi yüksək səviyyədə qorumaq, təhlükəsiz mühit yaratmaqdır.
Biz yalnız qabaqcıl video-müşahidə kameraları təqdim etmirik — hər bir müştərinin ehtiyacına uyğun fərdi yanaşma ilə tam təhlükəsizlik həlləri qururuq.
OmniVision olaraq, müştəri məmnuniyyətini və təhlükəsizliyi davamlı prioritetimiz hesab edirik. Bu dəyərlərlə fəaliyyət göstərərək, daima inkişaf edir, xidmət keyfiyyətimizi yüksəltməyə davam edirik.
98%
Müştəri məmnuniyyəti
100+
Aktiv müştərilər
/ komandamız /
İnsanlar uğurumuzun əsasıdır

Hüseyn Əliyev
Direktor

Elnarə Aslanova
Direktor müavini

Pərvin Cavadov
Satış və kommersiya direktoru

Kamran Xıdırov
IT Direktor

Eldəniz Əhmədov
Texniki şöbə rəhbəri

Əbutalıb Vəliyev
Anbardar

Nəzrin Əhmədli
B2B satış nümayəndəsi

Mahir Şahbazov
Texniki dəstək mühəndisi

Nihad Ələkbərli
Texniki dəstək mühəndisi
/ karyera /
Komandamıza qoşulun.
Texnologiyanı birlikdə formalaşdıraq.
OmniVision olaraq biz daim yeni ideyalara, təşəbbüslərə və peşəkarlara açığıq. Əgər siz də təhlükəsizlik texnologiyaları sahəsində özünüzü sınamaq və uğurlu bir komandanın parçası olmaq istəyirsinizsə — sizi bizimlə işləməyə dəvət edirik.
Zəhmət olmasa, məktubun mövzu hissəsində “Vakansiya” sözünü qeyd etməyi unutmayın.
info@omnivision.az
B2B Satış mütəxəssisi
- Vakansiya növü: Tam ştat
- Vakansiyanın Təsviri:
Omnivision MMC təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən və UNV (Uniview) brendinin Azərbaycandakı rəsmi distribyutorudur. Komandamıza enerjili, nəticəyönümlü və inkişaf etməyə həvəsli B2B satış mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Mövcud müştərilərlə əlaqələrin idarə olunması
Yeni korporativ müştərilərin cəlb edilməsi
Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması
Kommersiya təkliflərinin hazırlanması
Satış planlarının yerinə yetirilməsi
Müştəri bazasının genişləndirilməsi və inkişaf etdirilməsi
Tələblər:
CCTV, təhlükəsizlik kameraları, Access Control və digər təhlükəsizlik sistemləri sahəsində korporativ satış təcrübəsi minimum 1 il iş təcrübəsi
Ünsiyyət və təqdimat bacarıqları
Danışıqlar aparmaq və müştəri ilə münasibət qurmaq bacarığı
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
MS Office proqramlarında işləmək bacarığı
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Təklif edirik:
Satış bonusları
Karyera inkişafı imkanı
Peşəkar və dinamik iş mühiti
Məhsul və satış üzrə təlimlər
CV-lərinizi mövzu hissəsində “B2B satış mütəxəssisi” qeyd etməklə elnara.aslanova@omnivision.az ünvanına göndərə bilərsiniz. Həmçinin, ətraflı məlumat üçün bizimlə +994101001711 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
